Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Xoruzla Qızılquş
 
   Qızılquş Xoruzu tənələri ilə lap dilxor etmişdi. O deyirdi: - Ay yaxşılıq bilməyən məhluq! Sənin bu qədər qeydinə qalan adamları heç sevmirsən. Onlar sənin nəslinin artması qeydinə qalırlar, səni yedirdirlər, ən yaxşı toyuğu sənin üçün yoldaş seçirlər. Ancaq adamlar səni bir az tək qoyub gedəndə çəpərlərə dırmaşıb uçmağa çalışırsan, dimdiyini sallayıb gedirsən, banlayırsan, səni böyüdən evə heç dönmək də istəmirsən.... Ancaq mən özümü tamam başqa cür aparıram. Məni öz doğma qayalarımdan ayıraraq ac saxladılar. Yalnız bir neçə vaxtdan sonra mən onlara öyrənəndə onlar məni buraxdılar. Mən tək uçuram, ovlarda iştirak edirəm, onlar üçün başqa quşları ovlayıram. İstəsəm mən heç adamların yanına qayıtmaya da bilərəm.
   Xoruz cavab verib deyir:
   -Sən məsələnin əsl mənasını başa düşmürsən. Əgər sən heç olmazsa bir tikə qızarmış şahin əti görsəydin, yəqin ki, heç olmazsa bircə dəfə uçmağa imkanın olsaydı, geri dönməzdin.
 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.