|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Qurd, Tülkü, Dovşan | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Bir
Qurd, Tülkü, Dovşan bir Quzu tuturlar. Ovu kimə versinlər?
Qərara gəlirlər ki, kim öz böyüklüyünü
sübut etsə, Quzunu o yeyəcək. Birinci
Dovşan danışır : ![]() - Mən anadan olanda allah hələ göyü, yeri yaratmamışdı. Tülkü deyir : - Tamamilə doğrudur, təsdiq edə bilərəm, çünki sən doğulanda mən orada idim. Qurd deyir : - Siz ikiniz də haqlısınız, məgər mənim bədənim, caynaqlarım, dişlərim kimin hamıdan yaşlı olduğunu bildirmir? Qurd quzunu parçalayıb yeyəndə Tülkü ilə Dovşan bir ağızdan qışqırırlar : - Sənin hamıdan böyük olduğun tamamilə inandırıcıdır. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||