|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Göyərçin və qarışqa | |||||||||||||||||
| Biri varmış,
biri yoxmuş. Meşə Göyərçini bir yaz günü
su içməyə getdi. Gördü bir Qarışqa
suya düşüb çapalayır. Göyərçin
tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə
bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan
xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı
xeyli uzağa apardı. Bu dəfə Göyərçin
caynağına çöp alıb onu suya atdı. Qarışqa
tez çöpə dırmaşdı. Beləliklə,
o ölümdən qurtardı. Sahilə çıxanda
Qarışqa Göyərçinə dedi: -Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm. Göyərçin Qarışqanın sözünə güldü. -Sən çox kiçiksən, mənə necə kömək edəcəksən? Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, Göyərçini yatdığı yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə Qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmədi. Tüfəngin səsinə Göyərçin oyandı. Qarışqanı gördü, dedi: -Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||