|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Dovşanın qulaqları niyə uzundur? | |||||||||||||||||
| Bir dəfə
Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri
boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi: - Gəl, özümüzə koma tikək. - Tikək də. Nə deyirəm? Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi: - Mən bu ağacı kökündən qırıb, yerə yıxaram. - Qıra bilməzsən? - İndicə qıraram, görərsən. Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı. Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi: - Bu ağacı mən də qıracağam. Qoyun gülü-gülə dedi: - Bacarmazsan. - Mən qırım, sən də tamaşa elə. Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi. - Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam. Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||