|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Ağ quş | |||||||||||||||||
| 2 | |||||||||||||||||
-Şirzad, o adam
səni ölümə göndərir. Divlər o göyərçinləri
atalarından çox istəyirlər. Sən gərək
divləri yuxuya verəndən sonra göyərçinləri
götürəsən. Amma bax ha, tamah sənə güç
eləməsin, bir cütdən artıq götürmə. Şirzad qala divarını aşıb içəri, göyərçinlərin yanına çatdı. Gördü ki, bunlar elə gözəl göyərçinlərdir ki, iki göz istəyir tamaşasına dursun. Əlini atıb bir cütünü tutdu. Nə qədər elədi, ayaqları dönmədi, elə ikinci cütü tutmaq istəyirdi ki, quşlar buna bənd imiş kimi səs-səsə verib elə haray saldılar ki, gəl görəsən! Divlər oyanıb Şirzadı tutdular. Şirzad əhvalatı onlara danışdı. Onlar dedilər: -Biz sənə quşlardan bir cütünü verərik, amma bu şərtlə ki, buradan bir az aralada yaşayan divlərin bağındakı üzümdən bir səbət bizə gətirəsən. Şirzad atını minib yola düşdü. Bir az getmişdi ki, həmin divlərin qərsinə çatdı. Bu vaxt yenə arxadan quşun səsi eşitdi: - Şirzad, mənim məsləhətimə qulaq asmadın, başını bəlaya saldın. Bu dəfə qulaqlarını aç, yaxşı-yaxşı eşit. Nəbadə ikinci səbəti götürəsən. Şirzad yenə divləri yuxuya verib onların qərsinə girdi. Sürünə-sürünə üzüm anbarına gəldi. Gördü ki, anbar üzüm səbətləri ilə doludur. Ağzı sulandı, səbətin birini qabağına çəkib yeməyə başladı. Səbət boşalan kimi yenə üzümlə doldu. Şirzad səbətin birini götürüb çıxmaq istəyəndə, yenə tamah ona güc gəldi. Dedi:”Ey dili-qafil, heç insafdırmı ki, bu üzümdən bircə salxım da əmimə aparmayım?” Bu fikirlə əlini ikinci səbətə uzadanda bütün səbətlər qışqırmağa başladılar: ”Ay aman, qoymayın, anbara oğru girib”. Səs-küyə divlər oyanıb gəldilər. Şirzad əhvalatı olduğu kimi onlara danıştı. Divlərin böyüyü dedi: -Buralarda bir ağ div yaşayır, onun gözəl bir qızı var. Mən o qızın dərdindən dəli-divanəyəm. Əgər gedib o qızı mənə gətirsən, sənə bir səbət üzüm verərəm. Şirzad onlardan ayrılıb yenə yola düzəldi. Ağ divin qəsrinə çatanda yenə arxadan quşun səsini eşitdi: -Ey tamahkar insan, sən bu dəfə ölümə gedirsən. mənim dediklərimə yaxşı-yaxşı qulaq as. Ağ divin qızı bu saat yeddi günlük yuxuya gedib. Yeddi günlük yuxuya gedəndə o saçlarından çarmıxa çəkilmiş olur. Sən gərək ağ divin tövləsindəki kəhər atı minəsən, sonra qızı yerindən qaldırasan. Əgər qaldıra bilməsən, daşa dönəcəksən. Şirzad hasarı aşıb tövləni tapdı. Tullanıb kəhər atın belinə mindi, birbaş ağ divin qızı yatdığı yerə sürdü. Gördü ki, bu elə gözəl qızdır ki, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Əyildi, əlini saldı qızın belinə, nə qədər güc verdisə, qızı qaldıra bilmədi. Qurşağacan daş oldu. Yenə güc verdi, qızı qaldırdı. O saat daş əridi. Qızı aldı atın tərkinə, yoluna davam elədi. Arxadan cürbəcür əcaib səslər eşidilirdi, amma Şirzad çevrilib baxmadı. Bir azdan qız ayıldı, nə qədər elədisə Şirzad onu buraxmadı, qız sakitləşib dayandı. Bir az beləcə getmişdilər ki, elə tufan qopdu ki, gəl görəsən. Şirzad istədi atdan düşüb daldalana. Amma bu vaxt ağ quş caynağında qılıncla peyda oldu. Şirzadı atdan düşməyə qoymadı. Şirzad düz iki saata yaxın qiyamətdə yol getdi. Sonra tufan yatdı. Bir az getmişdilər ki, Şirzad gördü çəmənlikdə belində qızıl yəhər olan bir at otlayır. Şirzad istədi yaxınlaşıb atı tuta, amma bu əsnada ağ quş yenə ildırım kimi sığıyıb atı qovdu. Şirzad ağ quşun bu hərəkətlərinə hirsləndisə də dinmədi. Əlqərəz, bu minvalla gəlib çatdılar üzümü olan divlərin qalaçasına. Ağ quş Şirzada dedi: - Şirzad, mən görürəm sənin bu qızdan xoşun gəlir, onu divlərə vermək heç kişilikdən deyil. Şirzad soruşdu: -Bəs nə edim? -Məni apar, bu qızın yerinə divlərə ver, üzümü götür, dalısı ilə işin yoxdur. Ağ quş bunu deyib həmin qızın cildinə düşdü. Şirzad onu aparıb divlərə verdi. Qayıtdı, qızı da, üzüm səbətini də götürüb yola düşdü. Bir az getmişdi ki, gördü ağ quş qabağındadır. Bu dəfə də onu üzüm yerinə divlərə verdi. Göyərçinləri aldı, karvansaraya gəldi. Burada çırağı olan adama ağ quşu göyərçin əvəzinə verib, çırağı aldı, əmisinin vilayətinə tərəf getməyə başladı. Şəhərə çatanda bir kişi onu səsləyib dedi: -Harda qalmısınız, gəlin çıxın da! Baxdı ki, bu da ağ quşdur. Əmisi Şirzadın gəldiyini bildi, onu təntənə ilə pişvaz elədilər. Əmisi onun gətirdiklərinə baxıb alnından öpdü və dedi: -Afərin oğlum, sən mən deyəni tapıb gətirdin. Şirzadla qıza qırx gün, qırx gecə toy elədilər. Şirzad toy gərdəyinə girəndə ağ quş iki ayağını bir başmağa dirədiki, mən də səninlə gedirəm. Şirzad çox dedi, ağ quş az eşitdi, nəhayət, ağ quş dediyindən dönmədi. Səhər tezdən Şirzad əmisinin yanına gəldi, gecəki əhvalatı danışıb dedi: -Əmi, mən istəyirəm ki, sən ağ quşu bu məmləkətdən qovasan. Əmisi dedi: -Niyə ki, ay bala? Axı o sənə çox yaxşılıqlar eləyib. Bu söhbəti eşidən ağ quş dedi: - Şirzad, de görüm mən sənə nə pislik eləmişəm? Şirzad dedi: -Məni tufanda, qiyamətdə atdan düşüb, daldalanmağa qoymadın, qızıl yəhərli atı tutmaq istəyirdim, qoymadın, bu gecə də ki, belə. Ağ quş dərindən bir ah çəkib dedi: -Tufanda səni ona görə yerə düşməyə qoymadım ki, o tufan qızın atası idi, atdan düşən kimi səni öldürəcəkdi. Nə qədər ki, sən atın üstündəydin, o sənə bata bilmirdi, - bunu deyib üzünü qıza çevirdi, - düzdür, ya yox? Qız başı ilə “hə” cavabı verdi. Ağ quş sözünə davam elədi: -O qızı yəhərli at qızın əmisi idi, sən əlini ona vuran kimi yıxıb atdan yerə salacaqdı, düzdür? Qız yenə onun dediyini təsdiqlədi. -Bu gecə ona görə sənin otağında yatdım ki, qızın qardaşı ağ ilan olub, səni öldürməyə gəlmişdi. Gecə sən yuxuda olanda mən o ilanı öldürmüşəm, düzdür? Qız yenə onun dediyini təsdiqlədi. Ağ quş iri bir ilan cəmdəyini atdı ortalığa. Sonra yenə dərindən bir ah çəkib dedi: -Mənim alnıma yazılmışdı ki, mən gərək bir adama kömək edəm. Əgər o adam mərd çıxsa, ona gedəm, əgər namərd çıxsa öləm. İndi mənim vaxtım tamamdı. Bunu deyib ağ quş dönüb daş oldu. Hamı peşman oldu, amma sonrakı peşmançılıq fayda verməz. Şirzadın namərdliyi onu daşa döndərdi! |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||