|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Sehrli şamdan | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Biri var idi, biri
yox idi, bir padşah var idi. Onun gözləri neçə
vaxt idi ki, kor olmuşdu. Nə qədər loğman gəlmişdisə,
onu sağalda bilməmişdi. Bir dəfə bir loğman
gəldi, padşahın gözlərinə baxıb dedi:
-Padşah sağ olsun, sənin gözlərinin dərmanı var, amma əlçatmaz yerdədir. Padşah soruşdu: -Sən yerini de, mən tapdıraram. Loğman dedi: -Ağ dəryada bir xallı bulaq var, onun qanı gözlərinə dərmandır. Loğman sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı. Ağ dəryanın sahilinə, sonra da oğlunu çağırıb dedi: -Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi nə qədər balıq varsa, hamısını tutdurub tökdür qırağına. Oğlan balıqçılara əmr elədi ki, kim xallı balığı tutsa çoxlu bəxşiş alacaq. Balıqçılar torlarını atıb balıq tutmağa başladılar. Birdən tordan xallı balıq çıxdı. Oğlan baxıb gördü ki, bu elə qəşəng balıqdır ki, adam sağ əlini kəsməyə qıyar, amma onun ölümünə qıymaz. Oğlan heyfsilənə-heyfsilənə istədi balığın başını kəssin. Birdən balıq dilə gəlib dedi: -Ey oğlan, məni öldürmə, vaxt gələr sənə lazım olaram. Oğlan fikrindən keçirdi ki, atamın gözü bəlkə heç açılmadı. Bu balıq ki dil açıb belə yalvardı, yaxşısı budur, onu buraxım. Oğlan balığı atdı dəryaya. Sonra üzünü balıqçılara tutub dedi: -Əgər bu sirri bir adam açsa, başını bədənindən üzəcəyəm. Balıqçılar and içdilər ki, bu sirri açmayacaqlar. Oğlan onların zəhmət haqqını verib yola saldı. Sonra qayıdıb atasının yanına gəldi və dedi: -Ata, nə qədər axtardıqsa, xallı balığı tapa bilmədik. Padşah bir söz demədi. Lənət mərdimazara, deyiblər, bir gün gəlib xəbər verdilər ki, ey padşah, sənin gözünün dərmanı olan xallı balığı balıqçılar tutmuşdular. Amma oğlun onu tordan açıb dəryaya buraxdı. Padşah bu sözü eşidən kimi əmr elədi ki, oğlunun boynu vurulsun. Vəzir, vəkil padşaha yalvardılar ki, bir qələtdi eləyib, oğlunu öldürmə. Padşah dedi: -Yox, gərək ölsün. O mənim ölməyimi istəyir ki, taxt-tacıma sahib olsun. Padşah yola gəlmirdi, axırda ağsaqqal, qarasaqqal yalvardılar ki, heç olmasa oğlunun ölümündən keç, sürgün elə. Padşah bir az yumşalıb onların sözünü eşitdi. Dedi ki, onda çıxıb torpağımdan getsin. Padşah oğlu həmin gün yola düşdü. Ağ dəryanın qırağı ilə gedirdi, yolda bir oğlana rast gəldi. Oğlan soruşdu: -Qardaş, hara belə? Şahzadə cavab verdi: -Heç özüm də bilmirəm. Baş götürüb gedirəm, ayağım hara, başım da ora. Oğlan dedi: -Elə mən də sənin kimiyəm. Gəl yoldaş olaq. Padşah oğlu dedi: -Yoldaş yox, lap gəl qardaş olaq. Hər ikisi dostlaşıb başladılar yol getməyə. Bir az gedəndən sonra oğlana yolda rast gələn adam dedi: -Qardaş, soruşmaq ayıb olmasın, nə peşənin sahibisən? Padşah oğlu dedi: -Heç bir peşəm yoxdur. Oğlan dedi: -Eybi yoxdur, mən yaxşı həkiməm. Şəhərləri, kəndləri gəzərik, nə qazansam, səninlə yarı bölərəm, dolanarıq. Xeyli yol gedib bir şəhərə çatdılar. Həmin şəhərin padşahının bircə qızı var idi. Yeddi il idi ki, qızın dili tutulmuşdu. Padşah əhd eləyibmiş ki, hər kim qızımın dilini açsa, qızı ona ərə verəcəyəm, aça bilməsə boynunu vurduracağam. Qızı almaq həvəsinə düşən həkimlər hər gün gəlirdilər, heç bir əlac eləyə bilmirdilər. Padşahın oğlu ilə həkim də gəlib həmin şəhərə çıxdılar. Gördülər bir adamı dar ağacından asıblar. Xəbər aldılar ki, bunu niyə asıblar? Adamlar dedilər: -Padşahın bir qızı var, yeddi ildir ki, dili tutulub. Bu həkim gəlmişdi ki, onun dilini açsın. Aça bilməyib, padşah da asdırıb. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||