Bir vaxt Cüha
bir neçə rəfiq ilə şikara getmişdi. Bir
qurd onlara rast gəldi. Qurdu şikar təsəvvür
elədilər. Istədilər ki, onu tutsunlar. Qurd qaçıb
bir daşın altına girmişdi. Cühanın yoldaşı
başını daşın altında apardı ki, qurdu
çəkib çıxartsın. Qurd onun başını
bədənindən qopardı.
Cüha gördü ki, yoldaşı başını
çıxartmır. Baxdı, yoldaşını başsız
gördü. Fikrə içində oldu ki, aya, mənim
yoldaşımın başı əvvəldən var idi,
ya yox? Ondan sonra yoldaşlarına dedi ki, səbir eləyin
ta ki mən şəhərə gedim, onun əyalından
xəbər alım ki, bu kişinin başı var idi,
ya yox?
Bəs şikardan gəldi yoldaşlarının
evinin qapısına. Övrətindən xəbər aldı
ki, sənin ərivün evdən çıxanda başı
var idi, ya yox idi? |