|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Seyid Əzim Şirvani | |||||||||||||||||
| Nadirələr | |||||||||||||||||
| 8 | |||||||||||||||||
Bir gün Cüha
bir evə gəldi ki, təzə çörək və
aş bişirmişdilər. Hər qədər ki, oturdu,
onunçün təam və xörək gətirmədilər.
Ayağa durdu, təzimi-təmam ilə evin o tərəfinə,
bu tərəfinə yüyürdü. Dedilər bu nə əməldir? Dedi ki, bu ev Kəbənin evinə oxşayır. Mənə vacibdir ki, onun ətrafını təvaf1 eləyim. Ondan sonra durdu, evin dörd bir tərəfini dolandı və məsahət elədi, yəni ölçdü. Dedilər ki, niyə ölçürsən? Dedi ki, bu ev ki, təamsız ola, onu təmir eləmək asandır. Istəyirəm ki, bu evin tul və ərzini bilim və bu əndazadə özümdən ötrü bir ev təmir eləyim. |
|||||||||||||||||
| 1Təvaf - ətrafını dolanmaq. | |||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||