Bir gün iki axmaq
yol ilə gedirlərdi. Biri dedi ki, allah-taala mənə
bir sürü qoyun verəydi, min rəs olaydı. Birisi
dedi ki, allah-taala mənə bir sürü qurd verəydi,
min baş olaydı, ta ki, sənin qoyunlarını yeyərdilər.
Ol qoyun istəyən qəzəbnak oldu,
onu söydü və davaya başladılar. Nagah Cüha
onlara rast gəldi. Davanın səbəbini xəbər
aldı. Hekayəti bəyan elədilər. İttifaqən
Cühanın əlində bir bəsti bal var idi. Bəstini
sərazir elədi, balı yerə tökdü. Dedi
ki, mənim qanım bu bal kimi tökülsün ki, cəmi
dünyada sizdən axmaq adam yoxdur. |