|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Abdulla Şaiq | |||||||||||||||||
| Tülkü Həccə gedir | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Tülkü qocalmış idi, Şikardan qalmış idi. Ov keçmirdi əlinə, Ət dəymirdi dilinə. Həftələrlə qalıb ac, Dolanırdı yalavac. Ova batmırdı dişi, Yaman keçirdi işi Günü olmuşdu qara, Düşündü, tapdı çara: Təsbeh aldı əlinə, Şal bağladı belinə, Ayaqlarında çarıq, Başında tirmə sarıq, Çiynində atlaz əba, Əlində zorba əsa. Ağlayırdı, gedirdi, Çölləri seyr edirdi; Olmuşdu mömin bəndə Çatdı böyük bir kəndə. Kənd ağzında bir xoruz Eşələnirdi yalqız Gördü ki, tülkü lələ, Girmiş başqa bir şəklə. Gəlir təsbeh əlində, Bir şal qurşaq belində, Ayaqlarında çarıq, Başında tirmə sarıq, Çiynində atlaz əba, Əlində zorba əsa. Ağlayır, təsbeh çəkir, Gözündən qan-yaş tökür... Xoruz durub uzaqdan Baxdı ona bir zaman Dedi: - A tülkü lələ, Neçin girdin bu şəklə? Yoxsa sənə, ey baba, Üz veribdir bir bəla? Tülkü başın salladı, Hönkür-hönkür ağladı. Dedi: - A məstan xoruz, Gözləri mərcan xoruz! Qocalmışam, düşmüşəm, Sizi çox incitmişəm. Məndən daha qaçmayın. Dərdlərimi açmayın. Daha üzüm qaradır. Qəlbim dolu yaradır. Halal-haram qanmadım. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||