|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Balaca ovçu | |||||||||||||||||
| Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur. |
|||||||||||||||||
| Səhər açılan kimi, Götürdüm tüfəngimi. Yol açdım göy meşəyə, Baş çəkdim hər guşəyə. Birdən səs eşitdim mən Gördüm tülküdür gələn. Dedim: - bir də yeməzsən Toyuq-cücələri sən! Tüfəngimi doldurdum, Tülkünü vurdum. Ceyran gördüm atmadım, Dovşan gördüm atmadım... Neçə təpədən aşdım, Hər tərəfi dolaşdım. Birdən səs eşitdim mən, Gördüm boz qurdlar gələn. Dedim: - Bir də yeməzsən Qoyun-quzuları sən! Tüfəngimi doldurdum Boz qurdu vurdum. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||