|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Naxır gəlir | |||||||||||||||||
| Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır. |
|||||||||||||||||
| Sakit kəndə elə bil Birdən çay axır gəlir. Səs düşür, haray düşür: -Yol verin, naxır gəlir! Uşaqlar çəpərlərin Arxasına düzülür. Kimi sakit dayanır, Kimi qışqırır, gülür. -Bax budur, “Xallı” gəlir, -Bax budur, “Mərcan” gəlir! -“Qızıl”a bax, “Qızıl”a, görün nə yaman gəlir! Gəlir, gəlir durmadan, Kəsilməyir arası. Bizim doğma kolxozun Nə çoxdur mal-qarası! |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||