|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Gün, çıx! | |||||||||||||||||
| Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur. |
|||||||||||||||||
| Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx. Çəmənlərə ver işıq, Güllər alsın yaraşıq. Şəfəqindən bəzənsin Bağçalarda sarmaşıq. Gün, çıx, gün, çıx! Kəhər atı min, çıx! Qoy ağarsın təpələr, Parıldasın ləpələr. Yuxusundan oyansın Şirin dilli körpələr. Gün, çıx, gün, çıx! Kəhər atı min, çıx. Gedək bağa, bağçaya, Axışaq meydançaya. Orda oynayaq, gülək. Dönək coşqun bir çaya. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||