|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Kiçik balıqçılar | |||||||||||||||||
| Sözləri Hikmət Ziyanın,
Musiqisi Əfsər Cavanşirovundur. |
|||||||||||||||||
| Balıqçıyıq, ay uşaqlar,
Kimin ova həvəsi var, Tez qoşulsun cərgəmizə Qarmaq ataq göy dənizə. Gəlin burda, Qayalarda Bir yer seçək tez özümüzə Xəzri əssin hey üzümüzə. Nə xoş gəlir bu bizə. Yavaş-yavaş külək əsir, Indi balıq yemək gəzir... Balıqçı dost, durma daha, Xəşəm düşübdü qarmağa. Çək tilovu Tez tut ovu... Xəşəm qaçdı, çəkmə bir dayan! Balıqçılıq heç deyil asan. Ay balıqçı, ay oğlan! Ay uşaqlar, gəlin yaxın, Çapaq tutdum, budur baxın! Mən də tutdum, deyir kimsə, Balıqçıyıq, əhsən bizə! Bəsdir daha! Balıqlara Yazığınız gəlsin, ovçular! Gərək yolda olsun yolçular, Gecdir daha, a dostlar. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||