Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
Birinci səhifə
 
 
 
 
Əks-səda
 
Sözləri Xanımana Əlibəylinin,
Musiqisi Hökümə Nəcəfovanındır.
Mən onu səsləyərək
Dağ boyu gəzirəm tək.
Əks-səda danışır,
Lap tutur məni gülmək.
Çağırdım tez gəl bura,
Dağlar boyanıb nura.
O sevinib şad oldu,
Çağırdı ura... u-ra... a...

Hey dağları dolaşdım,
Çoxlu təpələr aşdım.
Mən onu axtararaq
Bir qayaya yanaşdım.
Çağırdım tez gəl bura.
Dağlar boyanıb nura.
O sevinib şad oldu.
Çağırdı ura-ura... a...

Dağ boyu xeyli müddət,
Etdik onunla söhbət!
Əks-səda mənimlə
Aya uçacaq əlbət.
Mən dedim əks-sədaya
Sonra gedərik çaya,
O isə cavabında
Çağırdı aya-aya... a... a...
 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.