|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Bizim Bakı metrosu | |||||||||||||||||
| Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır. |
|||||||||||||||||
| Gülər üzlü Bakının,
Şirin sözlü Bakının, Xəzər gözlü Bakının Arzusuydu, arzusu Bizim Bakı metrosu, Bizim Bakı metrosu. Yer altında işıqlı, Bəzəkli, yaraşıqlı, Çiçəkli, sarmaşıqlı Bir şəhərdir doğrusu Bizim Bakı metrosu, Bizim Bakı metrosu. Sübh çağı, gecəyarı, Gör neçə səmtə sarı Şütüyür qatarları, Gah gurlayır, gah susur, Bizim Bakı metrosu, Bizim Bakı metrosu. Enib, qalxır pillələr, Fərəhim dünya qədər... Qoy səni mən bəxtəvər Gəzim Bakı metrosu, Bizim Bakı metrosu, Bizim Bakı metrosu. |
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||