|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Abdulla Şaiq | |||||||||||||||||
| Köç | |||||||||||||||||
| 1 | |||||||||||||||||
Mayın gözəl
bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.
Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: "Oğlum, qalx, yaylağa gedirik" deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq, bir də: - Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib, - dedi. Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başıaşağı endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. Artıq, hərəkət edəcəyik. Sevinirəm, ailəmizin hamısı aşağıda idi. Hətta "Mərmər" adlı bir pişiyim, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynunda oturdu: "Həm... ho!" edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı. Atam da ata minib, yanımızca gəlirdi. Artıq şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar... Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı. Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq. Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi. Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğuzlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı dövhələr açılır. Iri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. Insan ürək dolusu nəfəs alır. Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincimdən atılıb-düşürdüm. Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı. It qara ağzını açıb hürür və üstümüzə atılırdı. |
|||||||||||||||||
| Oba | |||||||||||||||||
Obaya yaxınlaşınca
uşaqlar, bir neçə yaşlı qadın və kişi
qarşımıza çıxdı. Qoca hamısından
əvvəl irəliləyib, salam verdi. Sallaq iri dodaqlarında,
yanları cizgilərlə örtülmüş kiçik
gözlərində, sümükləri qalxaq, ətli,
qırmızı üzündə bir təbəssüm
vardı. O, yumru başlı çomağına söykənərək: - Sizi dünən gözləyirdik, xoş gəldiniz! - dedi. Atam: - Sağ ola, Kərim baba. Dünən olmasın, bu gün olsun, - deyə cavab verdi. Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, anamla görüşdülər. Atam gülə-gülə: - Ay Kərim baba, Ayrım qızı ilə necə keçinirsən? - deyə soruşdu. Kərim baba iri, sallaq dodaqlarını geniş açaraq, gözlərini daha da qıydı. - Ağzında "Ayrım qızı" deyirsən, necə keçinəcəyik, itlə pişik kimi. Atam yaşlı adamlarla əylənməyi çox sevərdi. Qırx beş-əlli yaşında, qısaboylu, sağlam və ağzı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi. Atam onunla rəsmi körüşdükdən sonra gülə-gülə dedi: - Ayrım qızı! Bax, yetişər-yetişməz, Kərim baba səndən şikayət edir. Ayrım qızı kiçik və yanları ətli gözləri ilə gülümsəyərək: - Qoy istədiyi qədər şikayət etsin, nənəmiz Havva Adəmi cənnətdən çıxardığı üçün kişilər bizimlə heç bir zaman barışmayacaqlar, - dedi. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||