|
||||||||||||||||||
|
||||||||||||||||||
|
|
||||||||||||||||||
| Birinci səhifə | ||||||||||||||||||
| Düzgülər | ||||||||||||||||||
| Qarı | ||||||||||||||||||
| Bir qarıcıq var idi, Tumancığı dar idi, Canınnan bezar idi, Afdafa aldı ələ, Getdi buz üstə belə, Buz üstündə yoruldu, Afdafası qırıldı. Asılana-asılana fağan eylədi; Üzün tutub buza söylədi: -A buz, sən nə zalımsan? -Mən zalım olsaydım, Gün məni əritməz idi. -Gün, sən nə zalımsan? -Mən zalım olsaydım, Bulut qabağımı kəsməz idi. | -A bulut, sən nə zalımsan? -Mən zalım olsaydım, Yağış mənnən yağmazdı. -A yağış, sən nə zalımsan? -Mən zalım olsaydım, göy ot mənnən bitməzdi. -Ay ot, sən nə zalımsan? -Mən zalım olsaydım, Qoyunlar başımı üzməzdi. -A qoyunlar, siz nə zalımsınız? -Biz zalım olsaydıq, Canavarlar bizi yeməz idi. -Canavar, sən nə zalımsan? -Mən zalım olsaydım, Qara köpək məni boğmaz idi. |
|||||||||||||||||
| -Qara köpək, sən nə zalımsan? -Mən zalım olsaydım, Siçanlar çörəyimi yeməzdi. -Ay siçanlar, siz nə zalımsınız? -Biz zalım olsaydıq, Pişiklər bizi boğmazdı. -Ay pişiklər, siz nə zalımsınız? -Biz zalımıx-zalım, Yük üstü yorğanımız, Kürsü üstü qışlağımız. |
||||||||||||||||||
![]() |
||||||||||||||||||
| Birinci səhifə | ||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||