Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Düzgülər
 
Oğlum
 

Ay afərin, gül oğlum,

Gül oğlum, sünbül oğlum,

Oğlum, oğlum, naz oğlum,

Dərsindən qalmaz oğlum,

Qələmini al ələ,

Bir yaxşı xətt yaz, oğlum.

Oğlum gedər məktəbə,

Oxur, çatar mətləbə,

Dərsin oxur, rəvanlar,

Nə oxuyubdu anlar.

Daş üstə çiçək qazar,

Məşqini göycək yazar,

Gümüşdəndi davatı,

Qələmi var beş,altı,

Qələmdanı şəkilli,

Qələmi xallı, milli,

Dəftəri var tərtəmiz,

Kitabı ondan əziz.

Kağızları rəngbərəng,

Oğlum, gətir, yaz görək.

Oğlum səhərdən durar,

Əl-üzün yuyar,

Üzünə gülab vurar,

Saçın, birçəyin darar,

Paltarlarını silər,

Məktəbə göyçək gedər.

Oğlumun adı Əziz,

Üstü-başı tərtəmiz,

Oğlum hər kəsi görər,

Baş əyib salam verər.

 
 
 

Oğlum küçədə qaçmaz,

Heç kəs ilə savaşmaz.

Oğlum itə daş atmaz,

Atıb günaha batmaz.

Milçəyə etməz azar,

Milçəyin də canı var.

Pişikləri heç vurmaz,

Sərçələrə tor qurmaz.

Ay afərin, gül oğlum,

Gül oğlum, bülbül oğlum,

Dərsin oxu, rəvanla,

Sonra danış, gül, oğlum!

 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.