Ağacdan
alma düşdü,
Almanın yanı zədə,
Zədəni yeməz gədə.
Çoban çöldə gəzirdi,
Davarların düzürdü,
Çoban qoyuna gedər,
Köpəyi adam didər,
Qabağında üç keçi,
Hanı bunun erkəci. |
Erkəc
qazanda qaynar,
Qənbər bucaqda oynar.
Qənbər getdi oduna,
Qarğı batdı buduna,
Qarğı demə, qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı verdi,
Darını səpdim yerə,
Darı bitib göyərə. |