|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Laylalar | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| *** | |||||||||||||||||
| Bizim yerlər qalın meşə, Taxtında otur həmişə, Aranında gül bitsin, Yaylığında bənövşə, Balam layla, a layla! Gülüm layla, a layla! Layla dedim ucadan, Ünüm çıxdı bacadan, Səni tanrı saxlasın, Çiçəkdən, qızılcadan. Balam layla, a layla! Gülüm layla, a layla! Layla dedim yatınca, Gözlərəm ay batınca, Canım zinhara gəldi, Sən hasilə çatınca. Balam layla, a layla! Gülüm layla, a layla! Layla dedim adına, Haqq yetişsin dadına. Hər layla eşidəndə, Balam düşər yadıma. Balam layla, a layla! Gülüm layla, a layla! Dağlara sərin düşər, Kölgəsi sərin düşər. Hər vaxt layla deyəndə Yadıma Pərim düşər. Balam layla, a layla! Gülüm layla, a layla! Layla beşiyim, layla, Evim-eşiyim, layla, Sən yat, yuxun alginən Çəkim keşiyin layla! Balam layla, a layla! Gülüm layla, a layla! Layla dedim yatasan, Qızıl gülə batasan. Qızılgül bağın olsun, Kölgəsində yatasan. Balam layla, a layla! Gülüm layla, a layla! Layla dedim yatasan, Qızıl gülə batasan. Qızıl gülün içində Şirin yuxu tapasan. Balam layla, a layla! Gülüm layla, a layla! >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||