Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
U
 
***

Uzaqdan baxana döyüş asan gələr.

***

Uzaqdan zurna səsi xoş gələr.

***

Uman yerdən küsərlər.

***

Ustadına kəc baxanın gözlərinə qan damar.

***

Usta görməyən şagirdin gözü əllərdə qalar.

***

Ucuz ətin şorbası olmaz.

***

Uçan damın böyüklüyü, bünövrəsindən bilinər.

***

Uşaq atadan yox, anadan yetim qalar.

***

Uşaq atasını hamıdan güclü bilər.

***

Uşağa buyur, ardınca yüyür.

***

Uşağa uşaq deyiblər, böyüyə böyük.

***

Uşaq evin yaraşığıdır.

***

Uşaq gördüyün götürər, eşitdiyini deyər.

***

Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.

***

Uşaq sözün düzünü deyər.

 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.