Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
G
 
***

Gah nala döyür, gah mıxa.

***

Gedər bağlar qorası, qalar üzlər qarası.

***

Gedər bu dövran sənə də qalmaz.

***

Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.

***

Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.

***

Gəlin bəzənincə, toy əldən gedər.

***

Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.

***

Gəmidə oturub gəmiçi ilə vuruşur.

***

Goru var ki, kəfəni də ola.

***

Göz görmək üçün, ağıl bilmək üçün.

***

Gözünü qırpdın, sənin deyil.

***

Göz görmək üçün, könül sevmək üçündür.

***

Göz görmür, üz utanmır.

***

Gözü boynunun ardını görəndə...

***

Gündüz gəzər obanı,

Gecə sancar dabanı.

***

Günü günə satmazlar.

***

Gününü düyünləyib göy əsgiyə.

***

Gün batdı - bat, gün çıxdı - çıx!

***

Gün çıxdı, aləm gördü.

 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.