Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
Ə
 

***

Ədəb bazarda satılmaz.

***

Ədəbi kimdən öyrəndin, ədəbsizdən.

***

Əvvəl arxı tullan, sonra bərəkallah de.

***

Əvvəl danış, sonra gül.

***

Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.

***

Əvvəl düşün, sonra danış.

***

Əvvəl zəhmət çəkən, sonra rahat olar.

***

Əzizim əziz, tərbiyəsi ondan əziz.

***

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

***

Əkiblər yemişik, əkərik yeyərlər.

***

Əldən qalan əlli il qalar.

***

Əli aşından da oldu, Vəli aşından da...

***

Əli ələ vurarsan, səs çıxar.

***

Əlindən bir iş gəlməyən on danışar.

***

Ərkəsöyün böyüyən oğul avara olar.

***

Əsli, nəcabəti olmayana qamçı neylər?

***

Əməksiz yemək olmaz.

***

Ətə pul verməz, küftənini böyüyündən yapışar.

***

Ət ilə dırnaq arasına girən iyiyər çıxar.

***

Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.

 
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.